ƏƏSMN sosial sifarişlər üzrə müsabiqələr keçirir
06 mart 2014 14:34 (UTC +04:00)

ƏƏSMN sosial sifarişlər üzrə müsabiqələr keçirir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillər və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması və Milli Qəhrəmanların tanıdılması üçün təbliğat kampaniyasının təşkili məqsədilə müsabiqə keçirilir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən lent.az-a verilən məlumta görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası" na uyğun olaraq keçirilən müsabiqədə müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olan təşkilatlar (bələdiyyələr, hüquqi şəxslər və qeyri-hökumət təşkilatları) iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən təşkilatların ixtisas göstəricilərinə dair tələblər, müsabiqə üzrə sənədlərin hazırlanması və təqdim olunması qaydaları və s. haqqında ətraflı məlumat əsas şərtlər toplusunda öz əksini tapıb.

 

 Əsas şərtlər toplusunu və texniki tapşırığı əldə etmək üçün Nazirliyin Aparatına 27 mart 2014-cü il saat 17.00 -dək yazılı müraciət edilməlidir.

# 746
avatar

Oxşar yazılar