Ədliyyə naziri Fikrət Məmmədov sentyabrın 27-də Şəkidə vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ, Mingəçevir, Yevlax rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.
Qeyd edək ki, qəbul saat 10:00-da Şəki regional ədliyyə şöbəsində keçiriləcək. Gəlmək istəyənlər qəbula Şəki regional ədliyyə şöbəsinə (0177) 4-34-48; 4-43-47), Ədliyyə Nazirliyinin (012) 510-10-01 (2104), 055-925-37-41 nömrəli telefonlarına zəng etməklə və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər. Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdı.