Ədəbiyyat İnstitutunun “Ədəbi əlaqələr” toplusunun yeni sayı çıxıb
28 oktyabr 2013 18:15 (UTC +04:00)

Ədəbiyyat İnstitutunun “Ədəbi əlaqələr” toplusunun yeni sayı çıxıb

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsinin “Ədəbi əlaqələr” toplusunun yeni sayı işıq üzü görüb. İnstitutun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsinin elmi işçisi Xalidə Xalidin Lent.az-a verdiyi məlumata görə, şöbə əməkdaşlarının ərsəyə gətirdiyi “Ədəbi əlaqələr” toplusunda Azərbaycan türkcəsində, eyni zamanda, rus, ingilis və alman dillərində də məqalələr yer alır. “Ədəbi əlaqələr” toplusunda digər xarici dillərdə məqalələrin çap olunması xarici ölkələrdə yaşayan araşdırıcıların da diqqətini cəlb etməkdə xüsusi rol oynayır.

Onu da qeyd etməliyik ki, “Ədəbi əlaqələr” toplusu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin və kollegiyasının qərarı ilə Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil olunub. Bu il toplunun daha bir sayının nəşri də nəzərdə tutulub. Həmin buraxılışda respublikamızın, xarici ölkələrin görkəmli nümayəndələrinə həsr olunmuş kitab və monoqrafiyaların siyahısını, eləcə də “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsinin əməkdaşlarının hazırladıqları əsərlər barədə məlumatları oxuculara təqdim etmək nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862

Oxşar yazılar