Ədəbi dil normalarının daha çox pozulduğu kanalın adı açıqlandı
04 iyul 2013 17:28 (UTC +04:00)

Ədəbi dil normalarının daha çox pozulduğu kanalın adı açıqlandı

Azərbaycanda ədəbi dil normalarının daha çox pozulduğu kanalın adı açıqlanıb. Lent.az-ın məlumatına görə, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, aparılan monitorinqlər nəticəsində hazırda ədəbi dilin qaydalarının pozulması hallarının ən çox ANS telekanalında müşahidə olunması aşkarlanıb. N.Məhərrəmli qeyd edib ki, Azərbaycanın digər televiziya və radio kanallarında da Azərbaycan ədəbi dili ilə bağlı nöqsanlar çoxdur və bu nöqsanların aradan qaldırılması üçün müvafiq işlər görülməlidir.
 

MTRŞ sədri həmçinin qeyd edib ki, bəzən qloballaşma şəraitində beynəlxalq dillərdən istifadə öz ana dilimizə laqeydliklə müşahidə olunur: “Bəzi insanlar yeri gəldi-gəlmədi xarici sözlərdən tez-tez istifadə edirlər. Hətta daxili danışığımıza da bunu gətirirlər. Məsələn, “Like” etmək sözü indiki cavanların ən çox sevdiyi sözlərdən biridir. Zaman keçdikcə “like” etmək sözü bizim də danışığımıza daxil olacaq. Lakin “like” etmək bu sahədə artıq ifrata varmaqdır. Buna görə də Azərbaycan ədəbi dilinin bu cür sözlərlə çirklənməsinin qarşısını almalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1069

Oxşar yazılar