Dünyanı hiss etməyə çağıran gənc azərbaycanlı 15 ölkəyə tura çıxdı
18 iyul 2013 16:47 (UTC +04:00)

Dünyanı hiss etməyə çağıran gənc azərbaycanlı 15 ölkəyə tura çıxdı

"Dünyanı hiss edək!" KSM Azərbaycan şirkətinin yaradıcısı Rəşad Camal bu çağırışla dünya veloturuna çıxdı. İstər ödəmələrinizi şəffaflaşdırın, istər təbiətə sayğılı yanaşın, istər idmana və sağlamlığa qayğı göstərin, istehsalınız nəticəsində təbiətdən aldıqlarınızı bərpa edib, yerinə qoyun... Əsas odur ki, şirkətinizin ictimaiyyət qarşısında məsuliyyətini dərk edin! 15 ölkəyə velosipedlə tura başlamazdan əvvəl Rəşad Camal keçəcəyi ölkələrdə məhz bu mesajları verəcəyini bildirib. Hazırda Rəşad Camal və onunla birlikdə velosiped turuna qoşulanlar Gürcüstan ərazisindədirlər.

 

“CSR World Velo Tour” layihəsinin məqsədi cəmiyyətin, KİV-in və şirkətlərin diqqətini korporativ sosial məsuliyyət (KSM) anlayışına cəlb etməkdir. Velosiped turu Gürcüstan, Ukrayna, Polşa, Latviya, İsveçrə, Danimarka, Almaniya, Belçika, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Türkiyə, Misir və Azərbaycan ərazisində keçiriləcək.

 

Tur bu ilin sentyabr ayına qədər davam edəcək.

 

Tur zamanı ölkələr arasında olam məsafə təyyarələr və digər nəqliyyat vasitələri ilə gerçəkləşəcək. Hər bir  şəhərdə velosipedlə 40 km məsafə qət ediləcək.

 

Azərbaycandakı şirkətlərdən hələlik GAZELLI Group, Simbrella və United Sport KSM Azərbaycan-ın çağırışına qoşulub.

 

Dünyaya bir mesaj xarakteri daşıyan “CSR World Velo Tour” layihəsində istənilən şəxs iştirak edə bilər. Bunun üçün www.csrworlvelotour.com saytında qeydiyyatdan keçməli və ya özü haqqında məlumatları[email protected] saytına göndərərək yuxarıda göstərilən ölkələrin hər hansı birində iştirakçılara qoşulmalıdırlar. İştirakçıların səfər təəssüratlarını sosial şəbəkədə www.fb.com/csrworldvelotoursəhifəsində izləmək olar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1340
avatar

Oxşar yazılar