DSMF sədri Gəncədə vətəndaşları qəbul edəcək
16 aprel 2014 11:51 (UTC +04:00)

DSMF sədri Gəncədə vətəndaşları qəbul edəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev aprelin 23-də saat 11:00-da Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında vətəndaşları qəbul edəcək. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, qəbulda Gəncə şəhərinin və Yevlax, Naftalan, Samux, Göygöl, Goranboy, Xocalı, Daşkəsən, Kəlbəcər rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edəcəklər.

 

Qəbulda iştirak edəcək vətəndaşların aprelin 23-də DSMF-nın müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə şəhər Kəpəz rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.

 

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Fondun Aparatında (012) 434-12-34; Gəncə şəhər Nizami rayon şöbəsində (0222) 55- 12- 22; Gəncə şəhər Kəpəz rayon şöbəsində (0222) 64-42-07; Yevlax rayon şöbəsində (02233) 6-29-77; Naftalan rayon şöbəsində (02235) 2-17-55; Samux rayon şöbəsində (02227) 5-15-13; Göygöl rayon şöbəsində (02220) 5-50-15; Goranboy rayon şöbəsində (02224) 5-13-00; Xocalı rayon şöbəsində (02224) 7-44-14; Daşkəsən rayon şöbəsində (02221) 5-31-07; Kəlbəcər rayon şöbəsində (02221) 58-12-45.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar