İdeologiyanın əhəmiyyəti
10 avqust 2013 17:15 (UTC +04:00)

İdeologiyanın əhəmiyyəti

Hər bir dövlətin dünyanın siyasi səhnəsində uzunömürlü olması ilk növbədə onun ərazisində yaşayan bütün xalqları öz ətrafında birləşdirməyi bacaran və möhkəm təməllər üzərində qurulan milli ideologiyasının olmasından asılıdır. Bu baxımdan adıçəkilən məsələ əsrlər boyu Azərbaycan üçün də taleyüklü vəzifələrdən biri hesab edilib. İdeoloji əsasları olmayan dövlətin uzunömürlülüyü və varisliliyi də həmişə şübhə doğurmuşdur. Bu bir həqiqətdir ki, ideologiyası olmayan dövlətlər tarix səhnəsində müəyyən dövr ərzində funksional vahid kimi mövcud olsalar da, milli maraqları uzunmüddətli təmin edə bilməmiş və tarixin səhnəsindən silinmişlər. Bu baxımdan ideolgiyanın dövlətçilik fəaliyyəti ilə bilavasitə əlaqəsini aktuallaşdıran xüsusiyyətləri aşağıdakı kimi səciyyələndirmək mümkündür:

 

  1. Dövlətçilik və milli maraqlardan danışılırsa, burada mütləq milli ideologiya olmalıdır. Çünki hər şeydən öncə, milli ideologiya vətəndaş həmrəyliyini, ümummilli həmrəyliyi və ictimai ahəngdarlığı təmin edən başlıca mənəvi substratdır;
  2. Eyni zamanda, ideologiya cəmiyyətdə milli-mənəvi identikliyi təmin edən əsas vasitədir;
  3. Dövlətdə hakim ideologiyanın olmaması cəmiyyətin əsas atributlarından birinin olmaması deməkdir. Bu isə heç şübhəsiz,  cəmiyyətin inkişafına əngəl törətməklə, ciddi maneələr yaratmaqla onun üst qurumu adlandırılan və sosial sifarişindən yaranan dövlətin də uzunömürlü və varisli olmasına mənfi təsir edir;
  4. Əgər milli dövlətin mövcudluğundan, beynəlxalq münasibətlərin əsas aktorlarından biri kimi səciyyələndirilməsindən söhbət gedirsə, xalqın, millətin siyasi təşkilatmasında milli ideologiya da mühüm göstəricisidir. Bu səbəbdən tarixən qurulan bütün dövlətlər , ilk növbədə, ideologiya axtarışında olublar;
  5. Ölkəmizdə milli dövlət quruculuğu prosesinin uğurlu inkişafı məhz vahid ideoloji əaslara dayanan, milli birliyi təmin edən konsepsiyanın həyata keçirilməsi nəticəsidir.

Müasir dövr Azərbaycan dövlətçiliyinin inkişafının əsasında dayanan amil dövlət quruculuğunda mühüm əhəmiyyət kəsb edən, müasirliklə tarixiliyin vəhdəti fonunda çıxış edən azərbaycançılığın dövlətçilik ideologiyası kimi təsdiqində və tətbiqindədir. Bu formul isə effektiv nəticələrini göstərməklə ideologiyanın nə dərəcədə əhəmiyyət kəsb etdiyinin göstəricisidir. İdeologiyanın dövlətçiliklə uzlaşmasının Azərbaycan modeli uğurlu nəticələri ilə düzgünlüyünü və bu təcrübənin bir çox dövlətlərin dövlətçilik fəaliyyətinə tətbiqi mümkünlüyünü sübut edir.

 

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784
avatar

Oxşar yazılar