Dövlət uşaq müəssisələrindəki uşaqların sayı azalıb
13 mart 2013 12:30 (UTC +04:00)

Dövlət uşaq müəssisələrindəki uşaqların sayı azalıb

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi

(De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın icrası olaraq 2012-ci ildə bir sıra tədbirlər həyata keçirilib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Dövlət Proqramının icrası olaraq görülən tədbirlər nəticəsində, ümumilikdə ölkə üzrə dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı azalıb, 2011-ci ildəki 9776 nəfərdən 2012-ci ildə 8336 nəfərə enib.

 

Uşaq evlərindən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar

üçün internat məktəblərindən ayrılmış gənclərin münasib işlə və yaşayış sahəsi ilə təmin edilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına  və Nazirlər Kabinetinə müvafiq təkliflər göndərilmişdir. Təhsil Nazirliyinin müraciəti əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən  valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan məzunlar üçün birotaqlı 120 mənzillik binanın inşa edilməsi ilə bağlı müvafiq tədbirlər

görülür.

 

Uşaqlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının

yaxşılaşdırılması, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə yerlərdə uşaqlar və ailələrə dəstək xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələrə arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin həllinə kompleks yanaşma ilə onların operativ aradan qaldırılması, uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarətin təmin edilməsinin nəticəsi olaraq ölkə üzrə ümumilikdə 589 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb.

 

 

2012-ci ildə Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş

siyahısında olan 10 nəfər uşaq övladlığa verilib.

 

ANAR

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682
avatar

Oxşar yazılar