Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
16 fevral 2018 10:00 (UTC +04:00)

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

0

 

Fevralın 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
 
 


 

Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində keçiriləcək. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 363 namizəd, BB qrupu üzrə 1174 namizəd, ümumilikdə isə 1537 namizəd  qeydiyyatdan keçib. 
 
 
Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər fevralın 13-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
 
 
 

Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az-a verilən məlumata görə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar