Dövlət Proqramına əsasən qəbul aparılacaq xarici ölkə universitetlərinin SİYAHISI
20 may 2013 10:28 (UTC +04:00)

Dövlət Proqramına əsasən qəbul aparılacaq xarici ölkə universitetlərinin SİYAHISI

Təhsil Nazirliyi 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramına əsasən qəbul aparacağı xarici ölkə universitetlərinin siyahısını açıqlayıb.


 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində tələbələrin göndərilməsi nəzərdə tutulan xarici ali məktəblərin ölkələr üzrə siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 15.05.2013-cü il tarixli sərəncamı ilə təsdiq olunub.

 

Belarus, Estoniya, Latviya və Litva respublikalarının ali təhsil müəssisələrinə yalnız 2013/2014-cü tədris ilindən etibarən müvafiq qaydada daxil olmuş tələbələrin təhsilinin maliyyələşdirilməsi təmin edilə bilər.

 

Qəbul aparılacaq xarici ali məktəblərin ölkələr üzrə siyahısında isə 34 ölkənin 476 universiteti qeyd olunub.

 

Azərbaycanlı tələbələr dövlət proqramı çərçivəsində ABŞ-ın 3, Almaniyanın 30, Avstraliyanın 22, Avstriyanın 15, Belarusun 4, Belçika 7, Bolqarıstanın 1, Birləşmiş Krallığın 27, Çexiyanın 3, Çinin 20, Estoniyanın 2, Finlandiyanın 6, Fransanın 64, Hindistanın 7, İrlandiyanın 4, İspaniyanın 10, İsveçin 11, İsveçrənin 12, İtaliyanın 24, Kanadanın 10, Koreyanın 20, Latviyanın 3, Litvanın 5, Macarıstanın 11, Malayziyanın 8, Niderlandın 15, Norveçin 4, Polşanın 3, Rusiyanın 50, Sinqapurun 3, Türkiyənin 23, Ukraynanın 2, Yaponiyanın 40, Yeni Zelandiyanın isə 7 universitetində təhsil ala biləcəklər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2418
avatar

Oxşar yazılar