Dövlət Komitəsi və İstanbul Ticarət Palatası birgə komissiya yaradıb
07 aprel 2014 18:34 (UTC +04:00)

Dövlət Komitəsi və İstanbul Ticarət Palatası birgə komissiya yaradıb

İstanbul Ticarət Palatasının nümayəndələri Dövlət Komitəsində görüş keçirib

 

Bu gün Bakıda səfərdə olan İstanbul Ticarət Palatasının nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib. Lent.az-ın məlumatına görə, Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkiyə Baş naziri Rəcəb Tayyip Ərdoğanın bu günlərdə bələdiyyə seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsini xatırladaraq bildirib ki, bu, Azərbaycan və Türkiyənin qardaş dövlət olmasının göstəricisidir.

 

 

Nümayəndə heyətinin üzvü, Türkiyə Parlamentində AKP-ni təmsil edən millət vəkili Seyit Sertçelik öz növbəsində qonaqpərvərliyə görə təşəkkür edərək bildirib ki, səfərin məqsədi bu gün dünyada Azərbaycan və Türkiyə əleyhinə aparılan təbliğat kampaniyalarının qarşısının alınmasında güclərin birləşdirilməsi, bu istiqamətdə ortaq fəaliyyət planının hazırlanması və həyata keçirilməsi məsələlərini müzakirə etməkdir.

 

 

İstanbul Ticarət Palatası yanında qurulmuş xüsusi komissiyanın sədri Mustafa Balkuv təmsil etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. Onun sözlərinə görə, 350 min üzvü olan palata Türkiyədə birinci, dünyada isə beşinci ən böyük qeyri-hökumət təşkilatıdır.

 

Nümayəndə heyətinin rəhbəri, İstanbul Ticarət Palatasının İdarə Heyətinin üzvü Öztürk Oran isə bu gün beynəlxalq aləmdə Azərbaycan və Türkiyə əleyhinə aparılan təbliğatın qarşının alınması istiqamətində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, xüsusilə Xocalı soyqırımının tanıdılmasında Azərbaycan və Türkiyə diasporu ilə yanaşı, hər iki ölkənin dövlət və qeyri-hökumət təşkilatları arasında da əməkdaşlığın gücləndirməsinin vacibliyini qeyd edib.

 

Görüşdə antitürkiyə və antiazərbaycan kampaniyalarına qarşı mübarizə aparmaq məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi və İstanbul Ticarət Palatasının üzvlərindən ibarət ortaq komissiyanın yaradılması və fəaliyyət planının hazırlanması qərara alınıb.

 

Qeyd edək ki, aprelin 4-dən Bakıda olan İstanbul Ticarət Palatasının 12 nəfərlik nümayəndə Bakıda bir sıra rəsmi və qeyri rəsmi görüşlər keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar