Ali təhsil müəssisələrində dövlət hesabına 51737 nəfər tələbə təhsil alır. Bu barədə Lent. az-a Təhsil Nazirliyindən məlumat verilib.
Dövlət sifarişi ilə bakalavriat səviyyəsinin I, II və III kurslarında və magistratura səviyyəsində təhsil alan tələbələrin 2013-cü il üçün təqaüd xərci 21,700,307 manat təşkil edib. Eyni zamanda Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ali təhsil müəssisələrinin IV kursunda dövlət hesabına təhsil alan tələbələrin 2013-cü il üçün təqaüd xərci 2,675,944 manat olub.
Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki, ali təhsil müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği prezidentin sərəncamlarına uyğun tənzimlənir. Ən yüksək təqaüd magistraturada oxuyan, əla qiymət alan tələbələrə (93. 50 manat) verilir.