Dövlət Agentliyi AHK ilə əməkdaşlığa başladı
06 mart 2013 12:54 (UTC +04:00)

Dövlət Agentliyi AHK ilə əməkdaşlığa başladı

Prezident yanında Vətəndaşlara Xidmət və  Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Hüquqşunasları Konfederasiyası(AHK) arasında əməkdaşlıq memorandumu imzalanıb. Lent.az-ın məlumatına görə, sənəd Agentliyin sədri İnam Kərimov və AHK-nın sədri, millət vəkili Əli Hüseynli tərəfindən imzalanıb.

 

Memorandumda tərəflər arasında birgə fəaliyyətin təşkili, həyata keçirilən xidmətlərin keyfiyyətinin artırılması və bu sahədə vətəndaş iştirakçılığının təmin edilməsi fəaliyyəti öz əksini tapıb. Həmçinin sənəddə yaxın gələcək üçün tərəflər arasında  qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili, eyni zamanda analitik işlərin, monitorinq və sorğuların keçirilməsi məsələləri əks olunub.

 

Qeyd edək ki, memorandum tərəflər arasında əməkdaşlıq münasibətlərini tənzimləməklə əhaliyə göstərilən xidmətlər sahəsində məlumatlandırma və maarifləndirmə fəaliyyətinin və sosial iştirakçılığın qurulmasını və qarşılıqlı maraq kəsb edən sahələri əhatə edir. Sənəddə həmçinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək könüllülərin hazırlanması və mərkəzlərə cəlb edilməsi və innovasiyaların tətbiqi sahəsində illik müsabiqənin təşkili və həyata keçirilməsi də nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1021
avatar

Oxşar yazılar