Dolu düşəcək
16 may 2013 12:35 (UTC +04:00)

Dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti 17 və 18 may tarixlərində gözlənilən hava proqnozunu açıqlayıb.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

 

 

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 16-20 dərəcə isti olacaq. Mayın 18-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti gözlənilir. Mülayim şimal küləyi əsəcək. Arabir yağan yağışın tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Temperatur gecə 10-15 dərəcə, gündüz 17-20 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, mayın 17-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, temperatur Aran rayonlarında gecə 11-16 dərəcə, gündüz 18-20 dərəcə, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.

 

Mayın Azərbaycanın rayonlarında oxşar hava şəraiti hökm sürəcək. Mülayim şərq küləyi əsəcək. Temperatur gecə 10-15 dərəcə, gündüz 19-24 dərəcə, dağlarda 4-9 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2869
avatar

Oxşar yazılar