Dini süvenirləri hansı mağazalar sata bilər?
11 noyabr 2013 15:49 (UTC +04:00)

Dini süvenirləri hansı mağazalar sata bilər?

Hər birimiz hədiyyə almağı sevdiyimiz kimi, hədiyyə verməyi də xoşlayırıq. Calışırıq ki, bu dəyərli, qiymətli hədiyyə olsun. Cox zaman isə üzərində dini yazıların yazıldığı suvenrlərə üstünlük veririk. Bəs görək, bu tip suvenrlərin anlamını bilmədən belə hədiyyə edilməsinə, evdə saxlanmasına dində münasibət necədir?

 

"Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli APA TV-yə deyir ki, hər hansı bir taxta parcasının və ya şüşənin üzərində yazılan dini yazıların müqəddəsliyi var: "Həm mənəvi, həm dünyəvi,  həm axirət tərəfi. Hər hansı yazı bir evdə, bir otaqda olmuş olsa, o evi nur bürüyər".

 

Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının qanununun 22-ci maddəsində qeyd olunur ki, vətəndaşlar və dini qurumlar istədikləri dildə dini ədəbiyyat, eləcə də dini təyinatlı başqa əşya və materiallar əldə edə və bunlardan istifadə edə bilərlər. Habelə Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidməti Orxan Əliyev bildirir ki, komitənin tərkibində ekspertiza şöbəsi var ki, burada dini suvenr və əşyaların satışına icazə ücün lisenziya verilir.

 

Məlumdur ki, təkcə paytaxt Bakıda dini suvenirlər satan onlarla mağaza fəaliyyət göstərir. İstər paytaxtın mərkəzində, istərsə də kəndlərdə belə mağalara tez-tez rast gəlmək mümkündür. Bu da onu deməyə əsas verir ki, belə satış obyektlərinin sayı 17-dən çoxdur. Şəhərin mərkəzində bir necə mağazaya baş çəkdik.

 

Göründüyü kimi, bu mağazaların heç birində lisenziya göstərən olmadı. Deməli, lisenziyasız fəaliyyət göstərən mağazalar yox deyil...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1349
avatar

Oxşar yazılar