Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artdı
10 iyul 2013 10:56 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artdı

Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib.

 Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi elektron xidmət növlərini əhatə edir.

İndiyə qədər  dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi üçün Dövlət Komitəsinə  müraciət etmək zəruri olub. Dəyişikliyə əsasən, artıq  kağız daşıyıcıdakı ədəbiyyatlarla bərabər, elektron daşıyıcılardakı dini təyinatlı ədəbiyyatın, audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi üçün Dövlət Komitəsinə müraciət edilməlidir. 

 

Dövlət Komitəsinə dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal, ixrac edilməsinə, habelə sərbəst yayılmasına razılığın verilməsi üçün müraciət və sənədləri qəbul etmək səlahiyyəti də verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005
avatar

Oxşar yazılar