Dini Komitədən daha bir layihə
06 noyabr 2014 15:52 (UTC +04:00)

Dini Komitədən daha bir layihə

Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə bu ölkədəki Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Milli Tolerantlıq Mərkəzini ziyarət edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Fransa parlamentinin üzvlərindən, hüquqşünas, jurnalist, elm və mədəniyyət xadimlərindən ibarət heyətə Mərkəzin fəaliyyət istiqamətləri, həyata keçirilmiş sosial, mədəni və akademik layihələr, o cümlədən gələcək planlar haqqında geniş məlumat verilib.

 

Mərkəzin icraçı direktoru Elmin Əliyev qeyd edib ki, Azərbaycan həmişə müxtəlif etnik və dini qrupların birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu tarixi məkan olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılan bu layihələrin əsas məqsədi Azərbaycanda tarixən mövcud olmuş birgəyaşayış ənənəsinin, qarşılıqlı hörmət prinsipinin yaşadılması, habelə, Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılmasıdır.

Görüşdə iştirak edən qeyri-müsəlman icma nümayəndələrindən Robert Mobili, Moisey Bekker, Rasim Xəlilov və digərləri Azərbaycanda bütün dinlərə və millətlərə qarşı yüksək mədəniyyət nümayiş etdirildiyini, dövlət tərəfindən bütün xalqların nümayəndələrinə bərabər münasibət bəsləndiyini vurğulayaraq ölkə rəhbərliyinin din sahəsinə diqqət və qayğısından danışıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561

Oxşar yazılar