DİN MSK ilə birgə zona müşavirəsi keçirdi
13 iyul 2013 19:36 (UTC +04:00)

DİN MSK ilə birgə zona müşavirəsi keçirdi

 

Daxili İşlər Nazirliyi (DİN) Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə Gəncə Şəhər Baş Polis İdarəsində zona müşavirəsi keçirib. 

 

Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirə qarşıdan gələn prezident seçkilərinə hazırlıqlara həsr olunub.

 

Azərbaycanın qərb bölgəsini əhatə edən dairə seçki komissiyaları sədrlərinin, eləcə də polis əməkdaşlarının iştirakı ilə keçirilən müşavirədə çıxış edən DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Əziz Baqişev və MSK üzvü Qabil Orucov qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı müvafiq qanunvericilik aktlarına əməl olunmasından, seçkiqabağı, seçki zamanı və seçkidən sonrakı dövrdə ictimai asayişin qorunması üçün qarşıda duran vəzifələrdən danışıblar. Natiqlər ölkə başçısının imzaladığı “Milli fəaliyyət proqramı”nın icrası istiqamətində görülən və görülməsi vacib olan məsələlərlə bağlı maarifləndirici izahat işləri də aparıblar.

 

Tədbirdə məsul şəxslər tərəfindən müvafiq suallar da cavablandırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440
avatar

Oxşar yazılar