DİN 119 vətəndaşa şəxsiyyət vəsiqəsi verdi
18 dekabr 2014 18:47 (UTC +04:00)

DİN 119 vətəndaşa şəxsiyyət vəsiqəsi verdi

0

 

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Daşkəsən RPŞ-nin müvafiq  xidmət əməkdaşlarının iştirakı ilə dekabrın 18-də rayonun Qabaqtəpə, Quşçu, Çanaqçı və Yeni Daşkəsən  kəndlərində yaşayan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar tədbir keçirilib. DİN-in mətbuat xidmətindən Lent.az- verilən məlumata görə, tədbir zamanı ümumilikdə 119 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib, həmçinin 115 nəfərin şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün müvafiq sənədlər qəbul edilib.

 

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi proses davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 203

Oxşar yazılar