DİM-dən sınaq imtahanları ilə bağlı müraciət
30 mart 2017 10:52 (UTC +04:00)

DİM-dən sınaq imtahanları ilə bağlı müraciət

Dövlət İmtahan Mərkəzi 27 may və 11 iyun tarixlərində ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib.

 

DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsindəYENİ İSTİFADƏÇİ  kimi qeydiyyatdan keçməlidirlər.

 

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib ənənəvi üsulla keçirilən sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

 

 Bildirək ki, sınaq imtahanlarına yazılış tarixləri barədə əlavə məlumat veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248
avatar

Oxşar yazılar