Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə rəis təyin olunub. Ali məktəbdən Lent.az-a verilən məlumata görə, Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə Zeynab Kazımova təyin olunub. Bundan öncə o, Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr Departamentinin müdiri olub.
Xatırladaq ki, BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinin əvvəlki rəisi Kəmalə Paşayeva təhsilini doktorantura pilləsində davam etdirmək üçün Türkiyəyə gedib.
Zeynab Kazımova BANM-da artıq fəaliyyətə başlayıb.