DBX: Ağdaşda “heyvan kəsim sexi”indən götürülən skelet ata məxsusdur”
12 iyul 2013 17:15 (UTC +04:00)

DBX: Ağdaşda “heyvan kəsim sexi”indən götürülən skelet ata məxsusdur”

 


Ağdaş rayonunda qanunsuz fəaliyyət göstərən “heyvan kəsim sexi”indən götürülən nümunənin müayinəsi başa çatfb.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin Lent.az-a verdiyi məlumata görə, Dövlət Baytarlıq Xidmətinin iyulun 9-da keçirdiyi reyd zamanı Ağdaş rayonunun Dəhnəxəlilli kənd sakini Zeynal Zeynalova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz fəaliyyət göstərən “heyvan kəsim sexi”ndən götürülən sinənin siqmental hissənin skeleti hansı heyvana məxsus olmasını aydınlaşdırmaq məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

 

Komissiyanın iştirakı ilə həmin skeletə orqonoleptik baxış keçirilib və anatomik quruluşuna görə skeletin ata məxsus olduğu  müəyyənləşdirilib.


Qabırğaların nazik, kənarlarının küt qövsvarı, uc hissəsinin sivri şəkildə olması nümunənin ata məxsusluğunun göstəricisidir. Ərazi nəzarətdə saxlanılır. Faktla bağlı hüquq mühafizə orqanlarına və digər müvafiq qurumlara müraciət edilməsi nəzərdə tutulur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720
avatar

Oxşar yazılar