Daha bir jurnalistlə bağlı ölkə başçısına müraciət olunub
12 iyul 2013 17:10 (UTC +04:00)

Daha bir jurnalistlə bağlı ölkə başçısına müraciət olunub

Bir sıra tanınmış ictimai xadim və müxtəlif KİV-lərdə çalışan 20-dən artıq redaktor və jurnalist daha bir həmkarlarına dəstək vermək xahişi ilə prezident İlham Əliyevə müraciət ediblər. Lent.az-ın məlumatına görə, müraciətdə bir qrup media nümayəndəsi dövlət başçısından teleqraf.com saytının redaktoru Zahid Nurəliyev və həyat yoldaşı Rəna Hacıyevanın jurnalistikada 15 illik təcrübəsini, eləcə də ailənin vəziyyətini – ev və torpaq sahələrinin olmamasını, serebral iflici xəstəliyindən əziyyət çəkən azyaşlı qızlarının fasiləsiz və ciddi müalicəyə ehtiyacı olmasını, maddi imkansızlığını nəzərə alaraq, jurnalistlər üçün tikilən binadan onlara mənzil ayrılmasına yardım etməsini xahiş edir.  

Müraciəti "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay, APA Holdinqin Direktorlar Şurasının sədri Nurşən Quliyev, redaktorlar Şahin Cəfərli, Cavid İsmayıl, Məhbubə Qasımbəyli, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu, yazıçı-publisist Nəriman Əbdülrəhmanlı, telejurnalist Anar Yusifoğlu, Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, Kulis.az-ın redaktoru Qan Turalı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Rey Kərimoğlu, jurnalistlər Məmməd Süleymanov, Samirə Əhmədbəyli, Kifayət Haqverdiyeva, Jalə Seyidli, Səbinə Əvəzqızı, Mahir Mehdi, Elxan Salahov, Səbuhi Məmmədli imzalayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1170
avatar

Oxşar yazılar