Daha 4 seysmik stansiya işə düşdü
28 oktyabr 2013 11:48 (UTC +04:00)

Daha 4 seysmik stansiya işə düşdü

Respublika Seysmoloji Xidmət Mərkəzinin daha 4 seysmik stansiyası fəaliyyətə başlayıb. Bu barədə Lent. az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Verilən məlumatda qeyd olunur ki, Mərkəzin quruda yerləşən daha 4 telemetrik seysmik stansiyasında tikinti- quraşdırma işləri başa çatıb və stansiyalar işə başlayıb. Bu stansiyalar Ağdam, Füzuli, Beyləqan və Yardımlı seysmik stansiyalarıdır. Beləliklə, hazırda AMEA nəzdində RSXM-in quruda 35 telemetrik stansiyası fəaliyyət göstərir. Bundan başqa bu il ərzində mərkəz tərəfindən respublika ərazisində 21 GPS stansiya quraşdırılmışdır. Daha bir GPS stansiyanın isə Saatlı rayonu ərazisində qazılmış, dərinliyi 8324 metr olan quyu üzərində quraşdırma işləri başa çatmaq üzrədir.

Qeyd edək ki, bu quyu öz dərinliyinə görə dünyada 3-cü quyudu. Həmin quyu üzərində quraşdırılmış GPS stansiya vasitəsi ilə Yerin təkində gedən prosesləri daha yaxşı müşahidə etmək mümkün olacaq. Məlumat üçün onu da bildirək ki, AMEA nəzdində RSXM tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda dənizdibi seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir. İlkin olaraq dənizdə 3 seysmik stansiyanın quraşdırılması, gələcəkdə isə onların sayının 10-a çatdırılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar