Mədəniyyət və Turizm Nazirliyi oktyabrda bir sıra hüquqi və fiziki şəxslərə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıqlar (lisenziyalar) verib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, müvafiq dövrdə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair lisenziya alanlar sırasına “Qlobeks” MMC (Bakı), “Baku Hotel Company”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (Bakı), fiziki şəxs Vahid Vahabov (Qəbələ şəhəri, M.Ə.Sabir küçəsi, ev 3) daxildir.
Qeyd edək ki, respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 301-ə çatıb.