Dağlarda qar əriyir, çaylarda suyun səviyyəsi artır
11 mart 2013 13:23 (UTC +04:00)

Dağlarda qar əriyir, çaylarda suyun səviyyəsi artır

Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı qeydə alınıb

 

 

Ötən günlərdə ölkə ərazisində temperatur rejiminin nisbətən yüksək olması və yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində respublikanın bəzi çaylarında, xüsusən də Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı qeydə alınıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, son 4 gün ərzində ərazidən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 65 sm, Lənkərançay-Sifidorda 49 sm, Vəşərüçay-Daştatükdə 53 sm, Viləşçay-Şıxlarda 30 sm artım müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında 270-510, Naxçıvan Muxtar Respublikası çaylarında isə 30 faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, martın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 157 m3/s olmaqla, ongünlük normanın 59 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 140 m3/s və ongünlük normanın 52 faizini təşkil edib. Martın 11-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 69 m3/s olmaqla, ongünlük normanın 73 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 81 m3/s təşkil edib və ongünlük normanın 86 faizinə bərabər olub.

Martın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 5 sm, Şirvanda 4 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə 10 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 417 sm (2012-ci il martın 11-də 670 sm), Şirvanda 298 sm (2012-ci il martın 11-də 570 sm ), Salyanda 256 sm (2012-ci il martın 11-də 503 sm ), Bankədə 243 sm (2012-ci il martın 11-də 355 sm), Araz çayının Novruzlu məntəqəsində isə 188 sm (2012-ci il martın 11-də 411 sm) təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar