Dağ çaylarında suyun səviyyəsi artıb
14 iyun 2013 14:03 (UTC +04:00)

Dağ çaylarında suyun səviyyəsi artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, keçən günlər ərzində arabir yağan yağışlar nəticəsində Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 5-19 sm, Kiçik Qafqaz çaylarında 1-7 sm artım qeydə alınıb.

 

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 90-100, Lənkəran-Astara bölgəsi çaylarında 60-70, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

 

İyunun 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 28 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 268 m3/s olmaqla, ongünlük normanın 45 faizini təşkil edir. 2012-ci ildə isə bu göstərici ongünlük normanın 21 faizini təşkil edib. İyunun 14-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla, ongünlük normanın 104 faizini təşkil edir. 2012-ci ildə bu göstərici ongünlük normanın 79 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma baş verib. Kür çayının Surra məntəqəsində və Salyanda suyun səviyyəsində 10 sm, Şirvanda 11 sm, Araz çayının Novruzlu məntəqəsində 8 sm azalma, Bankədə isə 3 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 423 sm, Şirvanda 303 sm, Salyanda 247 sm, Bankədə 239 sm, Araz çayının Novruzlu məntəqəsində isə 172 sm təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496
avatar

Oxşar yazılar