Martın 16-da Ucarın Çiyni kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başısı
Yaşar Məmmədov və kənd ağsaqqalı Ağamirzə Əhədov yerli sakinləri təbrik edib.
Məlumat verilib ki, kəndin qazlaşdırılması üçün 25 min poqonmetr uzunluğunda xətti çəkilib, 155 mənzilə fərdi tənzimləyici və sayğac quraşdırılıb. Hazırda Qazyan və Qarabörk kəndlərinin qazlaşdırılması üçün işlər görülür. Yaxın vaxtlarda Qazyanda 1242 və Qarabörkdə 1000 abonentə “mavi yanacağ”ın verilməsi nəzərdə tutulur.