Çilov adasında seysmik stansiyalar qurulub - FOTO
12 iyul 2013 15:20 (UTC +04:00)

Çilov adasında seysmik stansiyalar qurulub - FOTO

 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ölkə ərazisində aparılan kompleks seysmoloji, geofiziki və geodinamik işləri genişləndirməkdə davam edir.

 

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən növbəti addım olaraq bu günlərdə Çilov adasında yerləşən seysmik stansiyanın ərazisində  GPS, tiltimetr və akselometr cihazları quraşdırılıb.

 

Burada alınacaq məlumatların Abşeron yarımadasında Qala, Nardaran və Qobu seysmik stansiyalıarında quraşdırılmış eyni tipli cihazlardan alınan məlumatlarla birgə analizi Abşeron yarımadası və Xəzər akvatoriyasında gedən geodinamik ( horizontal hərəkətlər və deformasiya) proseslərin tədqiqinə geniş imkanlar açacaq. 

Qeyd edək ki, indiyə qədər RSXM tərəfindən ölkə ərazisində çoxsaylı GPS , tiltimetr və akselometr cihazlar quraşdırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 791
avatar

Oxşar yazılar