“ASAN”nın Səyyar xidməti sentyabrın 25-dən oktyabrın 9-dək Cəlilabad olacaq. Lent.az-a verilən məlumata görə, Cəlilabad və Biləsuvar rayonlarının ümumi sayı 300 mindən çox olan sakinləri Səyyar “ASAN Xidmət”dən Cəlilabad rayonunda yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən edilir.
Xatırladaq ki, Səyyar “ASAN Xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsidir
İndiyədək Səyyar “ASAN Xidmət” çərçivəsində 13 məntəqədə 24 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə, 22 məntəqədə 41 rayonun sakininə Səyyar “ASAN Xidmət” in göstərilməsi planlaşdırılır.