Çaylarda mövcud vəziyyət açıqlandı
08 iyul 2013 14:40 (UTC +04:00)

Çaylarda mövcud vəziyyət açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-140, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 30-260, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.


 
İyulun 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 78,0 m3/s olmaqla ongünlük normanın 26 faizini təşkil edir. Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 124 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edir.


İyulun 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Kür çayının Surra məntəqəsində 9 sm, Şirvanda 5 sm, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma, lakin Salyanda 10 sm, Bankədə isə 9 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 368 sm (2012-ci il iyulun 08-də 398 sm), Şirvanda 232 sm (2012-ci il iyulun 08-də 295 sm), Salyanda 166 sm (2012-ci il iyulun 08-də 263 sm), Bankədə 228 sm (2012-ci il iyulun 08-də 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 88 sm (2012-ci il iyulun 08-də 158 sm) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388
avatar

Oxşar yazılar