“Global Certfication Limited” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi olan “MEP-CERT” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Canan Ülkünün APA-ya müsahibəsi
- Peşə mütəxəssisliyi nə deməkdir? Peşə mütəxəssisliyi necə sübut olunur?
- Dünyanın qabaqcıl ölkələrində peşə mütəxəssislərinin hazırlanması, sertifikatlaşdırılması və attestasiyası “İSO 17024“ beynəlxalq standartının tələblərinə uyğun həyata keçirilir. İşçi heyətin sənədləşdirmə-akkreditasiya xidməti olan bu beynəlxalq standartın tələblərinə uyğun olaraq beynəlxalq iş-vəzifə tanıdılması üçün hər ölkədə qəbul olunan kod verilir və işçilərin bu koda uyğunluq şərtlərinin müəyyən edilməsi məqsədilə imtahan mərkəzləri açılır. Bu imtahan mərkəzləri akkreditasiya təşkilatları tərəfindən akkreditasiya edilərək müstəqil və imtahan sonrası verilən sertifikatların beynəlxalq səviyyədə tanınması üçün səlahiyyətli hala gətirilir. Bu şəkildə akkreditasiya olmuş təşkilatlardan imtahan verərək sertifikat alan şəxslər müraciət etdikləri koda uyğun imtahana girir. İmtahandan müvəffəqiyyətlə keçənlər beynəlxalq sertifikat alaraq həqiqətən o peşənin tələblərini ödəyən bilik və təcrübəyə sahib olduqlarını sübut etmiş olurlar. Ümumiyyətlə, bir peşəni mütəxəssislik mərhələlərinə görə, 3-dən 8-ə qədər fərqli səviyyələrdə araşdırmaq və ona əsasən imtahan təşkil etmək mümkündür.
- Peşə mütəxəssisliyi beynəlxalq səviyyədə tanınırmı?
- Bəli. Yuxarıdakı sualda bəhs edildiyi kimi, beynəlxalq tələblərə uyğun bir imtahan mərkəzində imtahana daxil olaraq yüksək nəticə əldə edən şəxslərin peşə mütəxəssislikləri onların alacaqları sertifikat sayəsində beynəlxalq statusa malik olacaq.
- Dünyada peşə mütəxəssisliyi nə səviyyədədir?
- Avropa ölkələrində çox yayılmış olan bəhs etdiyimiz imtahan mərkəzləri fəaliyyət göstərməkdədir. Xüsusilə, neft sektorunda peşə kodları və səviyyələr sistemi aktiv şəkildə istifadə olunur.
- Azərbaycanda peşə mütəxəssisliyinin səviyyəsi neçədir?
- Sadəcə, bir neçə xüsusi təşkilatlarda (SOCAR kimi) “İSO 17024”dən akkreditasiya olmuş imtahan mərkəzi mövcuddur. Ancaq dünyada və Avropadakı inkişafa baxsaq, bu ölkələrlə müqayisə etsək, Azərbaycanda belə imtahan mərkəzlərinin sayı çox azdır. Xüsusən, mütəxəssislərin sayının az olduğu peşələrə uyğun imtahan mərkəzlərinin açılması çox vacib məsələdir.
- Peşə mütəxəssisliyi səviyyəsinin yüksək olmasının nə kimi faydaları var?
- İşəgötürən təşkilat hər zaman peşə mövqeyi üçün işə qəbul edəcəyi namizədlərin tələb olunan sahə üzrə təhsil almasına, işlə bağlı təcrübəsinin olmasına fikir verir. İşəgötürən əgər vəzifəsi tələb edirsə, işçilərin idarəçiliklə bağlı qabiliyyətinin, sənədlərlə və arxivlə işləmək bacarığının olması, hesabat xarakterli məlumat hazırlaya bilməsi və digər şərtlərə cavab verməsini istəyir. Bununla yanaşı, işə qəbul olunacaq şəxslərdən professionallıq səviyyəsi, yəni ‘yüksək-orta–aşağı’ səviyyələrdə olması tələb oluna bilər. İşəgötürən təşkilat bu dərəcələri müəyyən edə bilmək üçün ayrı bir proses həyata keçirmək əvəzinə, akkreditasiya edilmiş imtahan mərkəzlərində peşə kifayətliliyi imtahana girmiş namizədlər arasından seçim edəcək. Çünki bu zaman dərəcələrin müəyyən edilməsi işi başqa mütəxəssis tərəfindən və ya bir təşkilat tərəfindən həyata keçirildiyindən işəgötürən təşkilat bununla bağlı yenidən hazırlıq, araşdırma və digər metodlardan istifadə etmək məcburiyyətində qalmır.
- Peşə mütəxəssisliyi səviyyəsinin beynəlxalq olmasının nə kimi faydaları var?
- Bunun bir çox faydaları var. Namizədin müstəqil bir təşkilat tərəfindən akkreditasiya edilməsi, nüfuz və namizədin işəgötürən təşkilata verəcəyi xidmətin keyfiyyətinə olan etibarı mübahisəsiz qəbul ediləcək. Çünki namizədlərin bilik səviyyələrinin kifayətliliyi və ya bilgilərin yenilənməsi, müasirləşdirilməsi ehtiyacı beynəlxalq səviyyədə təmin edilmiş olur. Bu, akkreditasiya sayəsində xaricdə işləməyi planlaşdıran namizədlərin də asanlıqla işə qəbulu üçün yardımçı olacaq. Azərbaycanda dövlət təşkilatlarında çalışmaq istəyən namizədlərin də peşəkar mütəxəssislik sertifikatı axtarması seçmə sistemlərinin etik olaraq çalışdığını və namizədlərin fərq qoyulmadan beynəlxalq səviyyələrə görə işə qəbul olduqlarını nümayiş etdirmək baxımından yaxşı bir örnək olacaq. Əlaqəli digər dövlət mövqelərində isə seçiləcək namizədlərin peşəkar sertifikat sahibi olmasına diqqət yetirirlərsə və ya bu məcburi xarakter daşıyarsa, inteqrasiya olaraq İSO sistemlərinin həyata keçirilməsi, qiymətləndirilməsi və nəticələri faydalı modelə çevriləcək və tarixi önəm daşıyacaq.