Buraxılış imtahanları iyunun əvvəlində keçiriləcək
24 aprel 2013 12:00 (UTC +04:00)

Buraxılış imtahanları iyunun əvvəlində keçiriləcək

0

Azərbaycanda buraxılış imtahanları iyunun ilk iki həftəsi ərzində keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.


 

Onun sözlərinə görə, buraxılış imtahanlarının dəqiq tarixlərinin gələn həftə ərzində elan edilməsi nəzərdə tutulur.

 

TQDK sədri deyib ki, orta məktəblərdə buraxılış imtahanları bu il rayon mərkəzləri ilə yanaşı, şagirdləri çox olan böyük kəndlərdə də keçiriləcək: “Biz çalışacağıq ki, iki həftə ərzində buraxılış imtahanlarının keçirilməsini yekunlaşdıraq. Bu il buraxılış imtahanları ötən ilki model əsasında keçiriləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1221

Oxşar yazılar