Təhsil Nazirliyində 2012-2013-cü dərs ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri əsasında aparılan tədqiqatın hesabatı hazırlanıb. Bu barədə Lent.az-a Nazirlikdən məlumat verilib.
Həmin hesabatda buraxılış imtahanında 50 ən aşağı nəticə göstərmiş məktəblərin (Bakı Şəhəri üzrə) adları qeyd olunub.
Ən aşağı nəticə göstərmiş 50 məktəbdən 17-si Sabunçu rayonunun payına
düşür. Siyahıda növbəti yerləri Qaradağ (11) və Xəzər (10) rayonları tutur. Aşağı nəticə
göstərmiş məktəblər rayonlar üzrə qeyri-bərabər paylanıb. Bakı şəhəri üzrə Nərimanov,
Binəqədi, Xətai, Səbail, Pirallahı rayonları, Təhsil Nazirliyinə tabe və ali
məktəblərin nəzdində fəaliyyət göstərən məktəblər aşağı nəticə göstərmiş məktəblərin
siyahısında göstərilməyib.
Qaradağ rayonu ərazisində fəaliyyət göstərən məktəblərin 44%-i, Sabunçu rayonunda 37%-i, Xəzər rayonunda 32%-i 50 ən aşağı nəticə göstərmiş məktəblərin siyahısına daxildir.