Buludlu hava şəraiti davam edəcək
12 fevral 2013 00:10 (UTC +04:00)

Buludlu hava şəraiti davam edəcək

Yaxın 2 gündə Abşeron yarımadasında rütubətli hava şəraiti, eyni zamanda arabir güclənən Xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi günün ikinci yarısında arabir güclənən Şimal-Qərb küləyi ilə əvəz olunacaq.  Temperaturun gecə 3-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
 

 Rayonlarda hava şəraitinin yağmurlu keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz  arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7, gündüz 8-13 dərəcə isti,  dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576
avatar

Oxşar yazılar