<b>Bakının bu ərazisində su olmayacaq - <span style="color:red;">XƏBƏRDARLIQ </b>
13 iyun 2018 12:01 (UTC +04:00)

Bakının bu ərazisində su olmayacaq - XƏBƏRDARLIQ

Bu gün bəzi ərazilərdə içməli suyun verilişi fasilələrlə olacaq. Lent.az “Azərsu” ASC-yə istinadən xəbər verir ki, Bakı şəhəri Xətai rayonu M. Hadi, X. Məmmədov və Vunqtau küçələrində yeni çəkilmiş magistral su xətlərinin  şəbəkəyə qoşulması ilə əlaqədar gün ərzində Səməd bəy Mehmandarov, Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314
avatar

Oxşar yazılar