Bu il ən çox I qrup üzrə abituriyent sənəd verib
20 may 2013 15:11 (UTC +04:00)

Bu il ən çox I qrup üzrə abituriyent sənəd verib

2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 102001 abituriyent qeydiyyatdan keçib. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından  məlumat verilib. Bunlardan 37359 nəfəri I qrup, 23313 nəfəri II qrup, 29182 nəfəri III qrup, 12147 nəfəri IV qrup üzrə imtahan verəcək. Qeydiyyatdan keçən abituriyentdən 92522 nəfəri Azərbaycan bölməsi, 9479 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək.

Onu da qeyd edək ki, hazırda TQDK-da bununla bağlı son hesablama işləri aparılır və rəqəmlər dəyişə bilər.

 

 

Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat belədir:

 

 

İxtisas qrupları

 

Bolmə

I qrup

II qrup

III qrup

IV qrup

Cəmi

Azərbaycan

34145

20504

26734

11139

92522

Rus

3214

2809

2448

1008

9479

Cəmi

37359

23313

29182

12147

102001

 

# 1152

Oxşar yazılar