“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, anoloji işlər bu gün səhər saatlarından başlayaraq Binəqədi rayonu Xocahəsən qəsəbəsi və Səbail Rayonu Bibiheybət yolu - Lökbatan dairəsi istiqamətində aparılır.
Qeyd edək ki, rənglənmə işləri axşam saatlarında başa çatdırılacaq.