Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Lent. az-ın məlumatına görə, 1966-cı il, oktyabrın 5-dən etibarən YUNESKO tərəfindən bu gün bayram kimi qeyd edilir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. Hazırda dünyanın 100-dən çox ölkəsində, həmçinin bizdə də bu gün müəllimlər öz peşə bayramını qeyd edirlər. Azərbaycanda bu, 2000-ci ildən bəri qeyd olunmağa başlayıb.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov da müəllimləri bu münasibətlə təbrik edib.
Bütün müəllimlərə uğurlar arzulayır, bayramlarını təbrik edirik!