Bu gün beynəlxalq işıqfor günüdür
05 avqust 2014 11:05 (UTC +04:00)

Bu gün beynəlxalq işıqfor günüdür

5 avqust beynəlxalq işıqfor günüdür. Lent.az-ın məlumatına görə, ilk işıqfor 1868-ci il, dekabrın 10-da Britaniya parlament binasının önündə quraşdırılıb. Onun təsisçisi Con Pik Nayt dəmiryolunda semafor üzrə mütəxəssisdir. Qazlı fənərli semafor əllə idarə olunub və sadəcə iki rəngdən ibarət olub. 1869-cu il, yanvarında qazlı fənərli semafon partladıqdan sonra, 1910-cu ildə Ernstom Sirrin tərəfindən yeni avtomat işıqfor icad edilir. Onun işıqforunda “Dayan” və “Keçin” sözləri yazılır.

 

İlk elektrik işıqforu amerikalı Lester Vayrın adı ilə bağlıdır. L. Vayr 1912-ci ildə qırmızı və yaşıl rəngli iki yumru elektrik siqnalları ilə işləyən işıqfor yaradır. 1914-cü ilin avqustun 5-də Klivlenddə (ABŞ) 105-ci küçə ilə Evklid prospektinin kəsişməsində Ceyms Hoq 4 elektrik işıqforu quraşdırır. BU işıqforlar da iki rəngdən ibarət olub və piyadaları xəbərdarlıq etmək üçün özündə əlavə səslər çıxarıb. Sistem şüşə polis postlarından idarə olunub.

 

İlk üç rəngli işıqfor 1920-ci ildə Uilyam Potts tərəfindən hazırlanıb və ilk dəfə Detroyt və Nyu-York şəhərlərindən istifadə edilib. Avropaya işıqfor 1922-ci ildən gəlib. Keçmiş SSSR-i isə işıqforlardan 1930-cu ildən bəri istifadə etməyə başlayıb. Gözdən əlillər nəzərə alınaraq, Koreyada səsli  işıqforlar ixtira olunub. Bu qurğu qısa vaxtda Avropada geniş yayılıb. Türkiyədə isə 1994 - 1995-ci illərdə uğurla tətbiq olunub.

 

Sürücü və piyada arasında yol mədəniyyətini tənzimləyən işıqforlar, eyni zamanda  ölkədə qəza sayının azalmasında da mühüm rol oynayır.

Yolunuz açıq olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar