Böyük Vətən müharibəsi əlillərinə avtomobil verildi
16 iyul 2014 13:44 (UTC +04:00)

Böyük Vətən müharibəsi əlillərinə avtomobil verildi

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi daha 100 nəfər əlilə minik avtomobili təqdim edib. APA TV-nin xəbərinə görə, bu dəfə avtomobillər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərə verilib. Onlardan 52 nəfəri Böyük Vətən müharibəsi əlili, 5 nəfəri Çernobıl AES əlili, qalanları isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.

 

Bildirilib ki, ƏƏSMN bu ilin aprel-may aylarında 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə minik avtomobili verib.

 

ƏƏSM-nın Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyib ki, daha 100 nəfərə avtomobil verilməsi ilə 2014-cü ilə qədər növbədə durmuş 1533 nəfərdən 1100-i avtomobillərlə təmin ediləcək.

 

Avtomobil sahibi olan əlillər isə neçə ildir, bu anı gözlədiklərini deyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1113

Oxşar yazılar