Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqı qəbul edib. ADU-dan Lent. az-a verilən məlumata görə, S. Seyidov Böyük Britaniyanın Esseks və Qlazqo universitetləri ilə əməkdaşlıqdan da söz açıb. O, Esseks Universiteti ilə ADU arasında ikili diplomların tətbiqindən, İpsviç univeristeti ilə münasibətlərin yüksək səviyyədə qurulmasından, ADU-nun “Təlimdə İnnovasiyalar və əlavə təhsil” kafedrasının British Council-la əlaqələrindən də danışıb.
Görüşdən sonra səfir ADU-nun tələbələri ilə görüşüb. O, tələbələr qarşısında Avropa İttifaqının ““Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Avropa Birliyi və Avropa Birliyinin Şərq ölkələri ilə əlaqələri” mövzusunda məruzəylə çıxış edib. Sonda səfir tələbələrin suallarını cavablandırıb.