Azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze dindirilmək üçün bölgə prokurorluq idarəsinə çağırılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Pirweli” saytı məlumat yayıb. Kvemo-Kartli administrasiyasından sayta verilən məlumata görə, qubernator fevralın 14-də saat 11: 00-da prokurorluq idarəsində olmalıdır. Bölgə qubernatorunun hansı məqsədlə prokurorluq idarəsinə çağırıldığı məlum deyil.