Bolqarıstan səfiri Ali Neft Məktəbində olub
19 mart 2013 17:12 (UTC +04:00)

Bolqarıstan səfiri Ali Neft Məktəbində olub

Bolqarıstanın Azərbaycandakı səfiri  xanım Maya Hristova Bakı Ali Neft Məktəbində (BANM) olub. Məktəbin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rektor Elmar Qasımov BANM-in tarixi və fəaliyyəti haqqında qonağa ətraflı məlumat verərək bildirib ki, bu ali məktəbin yaranmasında əsas məqsəd Azərbaycan və ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olub.

 

 O, ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış BANM-in önəm verdiyi əsas məsələlərdən biri də Avropanın  aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. E.Qasımov  qeyd edib ki, ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəblə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub ki, bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub.

 

Bolqarıstanın  Azərbaycandakı  səfiri  Maya Hristova BANM-ə gəlişindən məmnun olduğunu    vurğulayıb. O, Azərbaycan xalqının milli və ənənəvi bayramı olan Novruz bayramı münasibətilə öz təbriklərini və xoş arzularını rektora çatdırıb. Səfir qısa vaxt ərzində BANM-də yaradılan şəraitdən və əldə olunan yüksək nəticələrdən razı qalaraq, ali məktəblə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq qurmaq niyyətini ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar