
Sosial evlərin satışı BAŞA ÇATDI - YENİLƏNİB
“Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) bu dəfəki onlayn satışı 30 saniyəyə başa çatıb”.
Bu barədə Lent.az-a Azərbaycan İnternet Forumunun prezidenti, ekspert, eləcə də onlayn satış prosesinin uğurlu çalışması üçün yaradılan qərargahda müşahidəçi kimi iştirak edən Osman Gündüz məlumat verib. O bildirib ki, ilk mənzilin seçimi təxminən 5 saniyə çəkib:
“Daha dəqiq məlumatları MİDA və Qərargah log fayllara baxdıqdan sonra açıqlayacaq”.
***
09:49
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu gün növbəti güzəştli mənzillər satışa çıxarılacaq.
Lent.az məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı 12 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcək.
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06