Bir qrup gənc xaricdə ödənişsiz təhsil alacaq
14 sentyabr 2017 20:33 (UTC +04:00)

Bir qrup gənc xaricdə ödənişsiz təhsil alacaq

Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroftsun iqamətgahında Böyük Britaniyanın "British Chevening təqaüdü" layihəsi üzrə xaricdə təhsil alanlar üçün ziyafət keçirilib.

 

APA-nın xəbərinə görə, mərasimdə Azərbaycanda rəsmi səfərdə olan Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan da iştirak edib.

 

Tədbirdə bu il "British Chevening təqaüdü" ilə xaricdə təhsil almaq imkanı əldə edən 7 gəncə sertifikatlar təqdim olunub. Sertifikatları britaniyalı nazir Alan Dunkan şəxsən özü təqdim edib.

 

Layihənin Azərbaycan üzrə koordinatoru Rebekka Palmer bildirib ki, ötən il üzrə 205 nəfər bu təqaüd üçün müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 301
avatar

Oxşar yazılar