Ötən il 7 ali təhsil müəssisəsi (2 özəl, 5 dövlət) akkreditə edilib. Bu barədə Lent. az-a Təhsil Nazirliyindən məlumat verilib. 11 orta ixtisas təhsili müəssisəsi akkreditasiya olunub və nəticələri Şurada müzakirə edilib. 2012-ci ildə 14 ilk peşə-ixtisas təhsili müəssisəsi (10 peşə liseyi, 4 peşə məktəbi) akkreditə olunub. Onların 4-ün nəticələri Akkreditasiya Şurasında müzakirə edilib və həmin müəssisələrə müvafiq keyfiyyət sertifikatı verilib.