Binəqədidə Zərifə Əliyevanın 90 illiyi  ilə əlaqədar tədbirlər keçirilib
27 aprel 2013 17:01 (UTC +04:00)

Binəqədidə Zərifə Əliyevanın 90 illiyi ilə əlaqədar tədbirlər keçirilib

Binəqədi Rayon İcra Hakimiyyəti bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi  ilə əlaqədar tədbirlər keçirib. RİH-dən Lent.az-a verilən məlumata görə, Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilk öncə alimin adını daşıyan parkı ziyarət edərək Zərifə Əliyevanın xatirəsinə ucaldılmış abidəsinin önünə əklil qoyublar.
 

Sonra tədbir toplantı ilə davam edib. Oftalmoloq-alim Zərifə Əliyevaya həsr edilmiş  filmin nümayişi olub. Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov oftalmoloq-alim Zərifə xanım Əliyevanın respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazandığını və onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini söyləyib. Millət vəkili Hüseynbala Mirələmov  müəllifi olduğu "Görkəmli adamların həyatı" bioqrafik silsiləsindən nəşr edilən görkəmli alim-oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə Əliyevaya həsr edilən, Azərbaycan və ingilis dillərində çap olunan "Zərifə Əliyeva" kitabının nəşrin silsilə kitablar arasında olan xüsusi yerindən bəhs edərək, görkəmli alimin tibb sahəsində fəaliyyətindən ətraflı söz açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754
avatar

Oxşar yazılar