Binəqədidə şəhid, əlil, məcburi köçkün, aztəminatlı ailəyə bayram sovqatı paylanıb
19 mart 2013 16:22 (UTC +04:00)

Binəqədidə şəhid, əlil, məcburi köçkün, aztəminatlı ailəyə bayram sovqatı paylanıb

Binəqədi Rayon İcra Hakimiyyəti 6-cı mikrorayon ərazisində yerləşən Akademik Zərifə Əliyeva adına parkda rayon ictimaiyyətinin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əmək kollektivlərinin, millət vəkillərinin üzvlərinin iştirakı ilə “Novruz bayramı” münasibətilə bayram şənliyi keçirib. RİH-dən verilən məlumata görə, tədbirdə milli adət-ənənələri əks etdirən sərgi, uşaqların əylənməsi üçün kukla tamaşası, əlillərin əl işlərindən ibarət satış sərgisi, rayonda fəaliyyət göstərən idman məktəblərinin çıxışları və rayonda fəaliyyət göstərən müxtəlif şirkətlərin satış yarmarkası təşkil edilib.

 

Sərgilərə baxışdan sonra rayonda fəaliyyət göstərən musiqi məktəblərinin, uşaq bağçalarının və incəsənət xadimlərinin  iştirakı ilə təşkil olunmuş konsert proqramı təşkil edilib. Tədbir Novruz bayramının atributlarından olan tonqalın yandırılması ilə yekunlaşıb. Eyni zamanda bayram münasibətilə Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən humanitar aksiya çərçivəsində şəhid, əlil, məcburi köçkün, aztəminatlı və digər kateqoriyadan olan 650-dən artıq ailəyə bayram sovqatı paylanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 910
avatar

Mübariz Aslanov

Oxşar yazılar