Binəqədidə mətbuat tədbiri
24 iyul 2013 16:12 (UTC +04:00)

Binəqədidə mətbuat tədbiri

 

 

İyulun 23-də Binəqədi Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “AzərTAC”ın İctimai-siyasi redaksiyasının baş redaktoru Albina Atlıxanova, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və digər mətbuat nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) yaradılmış Sakinlərin Müraciət Xidməti (“1646” xidməti ), rayonda son bir ildə görülən abadlıq-quruculuq işləri ilə tanış olublar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar